İnsanlara hürriyət, millətlərə istiqlal!

İki nəşrdən SENSASİON Türkiyə iddiası

1410 12.03.2026 10:47 Dünya A A

Yaxın Şərqdə artan gərginlik fonunda bəzi ekspertlər və media qurumları Türkiyə və Rusiyanı İrana qarşı münaqişəyə cəlb edilə biləcəyi ehtimalını müzakirə edirlər. Türkiyənin dikGAZETE.com nəşri Türkiyə və Rusiyanın İrana qarşı mümkün hərbi əməliyyatlara cəlb olunması ehtimalını gündəmə gətirib.

Nəşr yazır ki, ABŞ və İsrailin bu ssenarisinin əsas məqsədin müharibənin siyasi və hərbi yükünü digər regional güclərlə bölüşmək, eyni zamanda onları zəiflətmək olduğu bildirilir. Lakin mövcud geosiyasi reallıq göstərir ki, Ankara və Moskva belə bir qarşıdurmada birbaşa iştirakdan daha çox ehtiyatlı davranmağa üstünlük verə bilər.

Türkiyə üçün İranla açıq hərbi qarşıdurma strateji baxımdan arzuolunan deyil. Nəşr xatırladır ki, tarix boyu iki ölkə arasında ciddi müharibələrin baş verməməsi, iqtisadi əlaqələrin, xüsusilə də enerji əməkdaşlığının mövcudluğu Ankaranın ehtiyatlı siyasət yürütməsinə səbəb olur. Bundan əlavə, hər iki ölkə üçün ortaq təhlükələrdən biri olan kürd separatizmi Ankara və Tehranın müəyyən məsələlərdə əməkdaşlıq etməsini zəruri edir.

Bununla yanaşı, bəzi hərbi insidentlər və raket hücumları ilə bağlı iddialar Türkiyənin münaqişəyə təhrik oluna biləcəyi ehtimalını gündəmə gətirir. Belə ssenarilər regional münaqişələrin tez-tez müşahidə olunan üsullarından biridir – yəni üçüncü tərəflərin təxribatları vasitəsilə yeni aktorların müharibəyə cəlb edilməsi. ABŞ-ın “The American Conservative” nəşri isə bildirir ki, dünyanın diqqəti İrandakı gərginliyə yönəldiyi bir vaxtda kölgədə başqa bir təhlükəli proses gedir – İsrail ilə Türkiyə arasında mümkün qarşıdurmaya hazırlıq. İsraildə bəzi siyasətçilər Türkiyəni də təhlükə kimi görürlər. Məsələn, ölkənin sabiq baş naziri Naftali Bennet bildirib ki, İsrail həm İran, həm də Türkiyədən gələn risklərə qarşı eyni vaxtda tədbir görməlidir.


Picture background

Digər tərəfdən, Türkiyə NATO üzvü olduğuna görə onun müharibəyə daxil olması regionda daha genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Bu isə həm ABŞ, həm də Avropa üçün nəzarətdən çıxan proseslər deməkdir. Bu səbəbdən Ankara üçün ən real və faydalı rol vasitəçi və ya diplomatik balanslaşdırıcı kimi çıxış etmək ola bilər.

Rusiyanın mövqeyi isə daha praqmatik görünür. Moskva ilə Tehran arasında strateji tərəfdaşlıq mövcud olsa da, bu sənəd birbaşa hərbi müdaxilə öhdəliyi yaratmır. Rusiya hazırda Ukrayna müharibəsi fonunda əlavə hərbi cəbhə açmaqdan çəkinir və daha çox diplomatik mövqe tutmağa çalışır.

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a açıqlamasında Türkiyə və Rusiyanın müharibədə iştirakını istisna edib. Onun sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatlar aparır və İrana görə ikinci cəbhədə resurslarını xərcləmək istəməz: "Türkiyə isə İranla normal əlaqələrə malikdir və Ərdoğan müharibənin əleyhinədir. Tramp da bir neçə gündür ki, danışıqlar mesajı verir və ritorikası dəyişib. Yəni ABŞ müharibənin genişlənməsinin və iştirakçıların sayının artmasının tərəfdarı deyil. Ona görə də bütün bu amilləri nəzərə alaraq, Türkiyə və Rusiyanın savaşa qoşulacağını gözləmirəm. Bundan əlavə, Rusiya İsraillə münasibətləri qorumağa çalışır, o baxımdan müttəfiqi İrana birbaşa dəstək verməyəcək. Türkiyə isə NATO ölkəsi kimi ABŞ ilə müttəfiq olsa da, İsraillə münasibətləri yaxşı deyil. Bu mənada, Türkiyə nə İrana qarşı cəbhədə yer alar, onun yanında... "

Hərbi şərhçi hesab edir ki, Türkiyə və Rusiya İrana dolayısı ilə siyasi dəstək verir: "Bunu Türkiyə ictimai rəyi və media platformaları təsdiq edir. Burada müsəlman amili ciddi təsir bağışlayır. Türkiyə regionda eskalasiyanın coğrafiyasının genişlənməsinin böyük zərər verəcəyini görür. Odur ki, təmkinlidir. Rusiya isə təbii ki, müttəfiq kimi dəstəyini davam etdirir. İranın naziri Əraqçi də Moskvanın dəstəyini açıqlayıb. Çünki tərəflər arasında imzalanan müqavilə var. Yəni silah verməsi də mümkündür, amma rus ordusunun müharibədə iştirakı real deyil".

Yeri gəlmişkən, türkiyəli hərbi ekspert Abdullah Ağar son hadisələrlə bağlı qeyd edib ki, bu hücumların məsuliyyət sahibləri İranda strateji qərar verən bir qrup, ballistik raketi manipulyasiya edə bilən qüvvə, Türkiyə və Azərbaycanı müharibəyə cəlb etməyə çalışan daxili güc, İranda qərar mexanizmlərini daxildən manipulyasiya edə bilən xarici güc, həmçinin stress səbəbilə qərar mexanizminin səhvi ola bilər: “Əgər İranın mərkəzi dövlət ağlı itməyibsə, ölkə üçün Türkiyə və Azərbaycanın müharibəyə cəlb olunması strateji intihara bərabər ola bilər. Digər tərəfdən də İrandakı bəzi ballistik raketlərin İraq-Suriya koridorundan keçəcək şəkildə proqramlaşdırılması ABŞ-ın radar şəbəkəsini sınaqdan keçirmək məqsədi daşıya bilər”.

Ağarın fikrincə, havada olan ballistik raketə müdaxilə etmək çətin olsa da, mümkündür.

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR