İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin ən yaxşıları seçildi

487 12.12.2025 12:38 Şou-biznes A A

"GQ Turkey Men of the Year 2025" mükafatlandırma mərasimi baş tutub.

Musavat.com xəbər verir ki, Erkan Kolçak Köstendil və Şükran Ovalının aparıcılıq etdiyi gecədə mükafatlar öz sahiblərinə təqdim edilib. 

"İlin aktyoru" mükafatını Mert Yazıcıoğlu alıb. 

"İlk dəfə bu mükafatlandırma mərasiminə baxmağa gələndə çox arzulayırdım. Bu il istəyim nəhayət reallaşdı", - deyə Mert bildirib.   

Emirhan Çakal "İlin haypi" seçilib. Okan Bayülgen "Zamansızlıq mükafatı" alıb.

MFÖ qrupunun üzvü Mazhar Alanson "Fəxri mükafat"a layiq görülüb. Burak Dakak "İlin yüksələn ulduzu" mükafatını alıb.

"Uzak şehir" serialındakı performansı ilə zirvəyə çatan Sinem Ünsal "İlin aktrisası" mükafatını qazanıb.

"İlin musiqi adamı" mükafatının qalibi heç də sürpriz olmayıb; Aleyna Tilki mükafatı Edisə təqdim edib.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR