İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dəfə "Formula 1"çempionu oldu

817 07.12.2025 22:04 Dünya A A

Britaniyalı "McLaren" pilotu Lando Norris ilk dəfə "Formula 1" çempionu olub.

Musavat.com xəbər verir ki, mövsümün Əbu-Dabidə keçirilən son yarışında o, Maks Verstappen (Red Bull) və komanda yoldaşı Oskar Piastridən sonra üçüncü olub.

Bununla belə, britaniyalının topladığı xallar çempion olmaq üçün kifayət edib. Sonuncu yarışa qədər o, sürücülər sıralamasında Verstappeni 12 xal qabaqlayırdı.

Nəticədə Norris çempionatda 423 xal toplayıb. Verstappen ümumi hesabda ikinci (421 xal), Piastri isə üçüncü pillədə qərarlaşıb (410).

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR