“ABŞ-ın Yaxın Şərqdəki bazaları müdaxilə halında qanuni hədəf olacaq”.
Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, “xarici xüsusi xidmətlərin silahlı agentlərinin” ticarətçilər və sahibkarlar tərəfindən həyata keçirilən qanuni etirazları zorakılığa çevirmək cəhdləri “İran xalqının tarixi şüuru” sayəsində uğursuz olub.
O əlavə edib ki, hökumət etirazçıları “xarici muzdlu”larla eyni səviyyəyə qoymur və vətəndaşların öz hüquqlarını müdafiə etməsini dəstəkləyir.
Eyni zamanda Qalibaf xəbərdarlıq edib ki, ABŞ regiona müdaxilə edərsə, bütün Amerika obyektləri və hərbi qüvvələri İran tərəfindən qanuni hədəf kimi qiymətləndiriləcək.
Musavat.com






