İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Aİ ölkələrinin dəniz və hava qüvvələrini terror təşkilatları elan etdi

441 22.02.2026 08:45 Siyasət A A

Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq, İran bütün Aİ üzv dövlətlərinin dəniz və hava qüvvələrini terror təşkilatları kimi tanıyıb.

Musavat.com xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb: "Biz Avropa Birliyinin SEPAH-ı terror təşkilatı kimi tanımaq qərarını beynəlxalq hüquq və normaların pozulması hesab edirik".

Bəyanata görə, İran Xarici İşlər Nazirliyi "qarşılıqlılıq prinsipinə əsaslanaraq" "bütün Aİ üzv dövlətlərinin dəniz və hava qüvvələrini terror təşkilatları kimi tanıyır və elan edir".

Xatırlada ki, fevralın 19-da Aİ Şurası SEPAH-ı terror təşkilatı kimi tanıdığını elan etib. Şura qərarın 29 yanvarda keçirilən iclasında əldə edilən siyasi razılaşmadan sonra verildiyini vurğulayıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR