İnsanlara hürriyət, millətlərə istiqlal!

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

955 03.03.2026 18:35 Son xəbər A A

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb.

Musavat.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi İl-76 təyyarəsi Moskva vilayətində yerləşən Jukovski hava limanından Bakıya yola düşüb.

Məlumata görə, təyyarənin əsas məqsədi İran ərazisini quru sərhəd-keçid məntəqələri vasitəsilə tərk edərək Azərbaycana daxil olan Rusiya vətəndaşlarının ölkələrinə daşınmasını təşkil etməkdir. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, son günlər İran ətrafında hərbi-siyasi gərginliyin artması bir sıra ölkələri öz vətəndaşlarının təxliyəsi üçün operativ tədbirlər görməyə vadar edib. Azərbaycanın tranzit ölkə kimi rolu bu prosesdə yenidən ön plana çıxır.

Cavanşir Abbaslı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR