Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçib. İranın Körfəz bölgəsində yerləşən data mərkəzlərinə zərbə endirdiyi bildirilir.
Musavat.com xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Amazon Web Services-ə (AWS) məxsus BƏƏ-dəki iki obyekt birbaşa zərər görüb, Bəhreyndə yerləşən data mərkəzi isə yaxınlıqda baş verən zərbə nəticəsində zədələnib.
Məlumata əsasən, hadisə nəticəsində şirkətin region üzrə bulud xidmətlərində fasilələr yaranıb. Nasazlıqlar Körfəz ölkələrinin bank sektoruna və iri şirkətlərin istifadə etdiyi rəqəmsal infrastruktur sistemlərinə təsir göstərib.
Bildirilir ki, bir sıra maliyyə xidmətlərində müvəqqəti dayanmalar və gecikmələr qeydə alınıb. AWS müştərilərinə xidmətlərin sabitliyini bərpa etmək üçün sistemlərini müvəqqəti olaraq digər regionlara köçürməyi tövsiyə edib.
Regionun rəqəmsal infrastrukturuna zərbələr iqtisadi və maliyyə sabitliyi üçün ciddi risk yarada bilər.
Musavat.com






