İran ABŞ ilə danışıqları mütləq davam etdirəcək.
Musavat.com xəbər verir ki, bu əminliklə ABŞ prezidenti Donald Tramp radio aparıcısı Con Frederiksə verdiyi müsahibədə çıxış edib:
"Onlar danışıqlar aparacaqlar. Əgər aparmasalar, əvvəllər heç vaxt qarşılaşmadıqları problemlərlə üzləşəcəklər. Ümid edirəm ki, onlar ədalətli bir razılaşma əldə edəcəklər və ölkəni yenidən quracaqlar. Amma bu baş verdikdə, onların nüvə silahı olmayacaq və biz buna icazə verməyəcəyik".
Aprelin 20-də İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Vaşinqton ölkəyə qarşı təhdidləri davam etdirərsə, Tehranın danışıqlar aparmayacağını bildirmişdi. O, əlavə edib ki, ölkəsi "döyüş meydanında yeni güc balansını nümayiş etdirməyə hazırdır". Onun sözlərinə görə, bu hazırlıqlar "son iki həftədir davam edir".
Tramp isə qeyd olunan müsahibəsində ABŞ-ın tezliklə İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət verəcəyini bildirib: "Bu, baş verəcək və düşünürəm ki, bu, çox tez baş verəcək".
Musavat.com






