İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ətrafında GƏRGİNLİK - ABŞ bu ölkəyə 60-dan çox hərbi təyyarə yerləşdirdi

984 21.02.2026 18:16 Dünya A A

ABŞ İordaniyadakı "Müvəffəq Salti" Hava Bazası ərazisinə 60-dan çox hərbi təyyarə yerləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" (NYT) peyk görüntüləri və uçuş məlumatlarına istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, bu say adətən bazada yerləşən təyyarələrin sayından təxminən 3 dəfə çoxdur.

Bildirilir ki, təyyarələrin bir hissəsi anqarlarda saxlanıla bilər.

Məlumata əsasən, bazar günündən etibarən hava bazasına azı 68 nəqliyyat təyyarəsi eniş edib.

Bazada müşahidə edilən avadanlıqlar arasında beşinci nəsil F-35 qırıcıları, pilotsuz uçuş aparatları və helikopterlər də var.

NYT qeyd edir ki, sözügedən hərbi fəallıq Vaşinqtonun "Müvəffəq Salti" Hava Bazasını İrana qarşı mümkün hücumların planlaşdırılması üçün əsas mərkəz kimi qiymətləndirdiyini göstərə bilər.

Xatırladaq ki, daha əvvəl İordaniyanın baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadi ölkəsinin İrana qarşı hərbi əməliyyatlar üçün tramplin olmayacağını bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR