İranın “Xatəmül-Ənbiya” qərargahı müharibənin yeni mərhələsi ilə bağlı diqqətçəkən açıqlama yayıb.
Musavat.com xəbər verir ki, silahlı qüvvələrin kəşfiyyat və əməliyyat strukturları son üç həftə ərzində düşmənin zəif nöqtələrini tam şəkildə araşdıraraq geniş analiz aparıb.
Məlumata görə, əldə olunan nəticələr əsasında yeni hücum taktikaları hazırlanıb və daha müasir silah sistemləri döyüş meydanına çıxarılıb. Bu addımların qarşıdakı əməliyyatlarda həlledici rol oynayacağı bildirilir.
Qərargah vurğulayır ki, müharibənin növbəti mərhələsi əvvəlkilərdən daha sərt keçəcək və döyüş şəraiti düşmən üçün xeyli ağırlaşacaq.
Açıqlamanın sonunda isə bu mərhələnin “Allahın izni ilə” daha təsirli nəticələr verəcəyi qeyd olunub.
Musavat.com






