ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün konkret addımlar atmağa hazır deyil.
Musavat.com xəbər verir ki, o, yenidən İrana qarşı güc tətbiq etməklə hədələyib:
"Qeyd edim ki, onlar danışmaq istəyirlər. İndiyə qədər çox danışıblar, amma heç bir tədbir görməyiblər".
Tehranın ABŞ-ın ona qarşı hərbi güc tətbiq etməsinin qarşısını almaq üçün hansı tədbirlər görməli olduğu soruşulduqda, Tramp "bizə ilk dəfə verməli olduqları razılaşmanı versinlər" cavabını verib. O, ABŞ-ın İrana qarşı güc tətbiq etməsi ehtimalına toxunaraq əlavə edib: "Əgər bizə düzgün razılaşma versələr, biz bunu etməyəcəyik. Amma onlar keçmişdə bunu etməyiblər".
Musavat.com






