"Bakıya səfərim iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün vacibdir. Biz bugünkü görüşdə regionda əməkdaşlığın, o cümlədən qeyri-regional güclərin burada olmamasının önəmini vurğuladıq".
Musavat.com xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Bakıda keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, münasibətlərdə fikir ayrılıqlarının olması təbiidir: "Bunu dialoqla həll etmək yolunu tutmuşuq”, -deyə Əraqçi deyib.
Nigar HƏSƏNLİ,
Musavat.com






