İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana AĞIR zərbə: SEPAH-la bağlı proses BAŞLANDI

1936 29.01.2026 14:29 Gündəm A A

Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, AB ölkələrinin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə etməyə razı olacaqlarına ümid etdiyini söyləyib. Kallas bu sözləri Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirlərinin görüşünün əvvəlində mətbuata açıqlamasında bildirib. 

Russia puts Estonian PM Kaja Kallas on wanted list – POLITICO

Avropa Birliyi ölkələri bu addım atacaqlarımı? SEPAH-ın terror təşkilatları siyahısına əlavə edilməsi nəyi dəyişəcək?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Amerikanın İrana təzyiqləri getdikcə artır və hərbi əməliyyatın başlaması ehtimalı da çox yüksəkdir: “Üstəgəl, İranda qətliamlar həyata keçirilib. Bu isə Avropa İttifaqını, quruma üzv dövlətləri də ciddi narahat edir. Ona görə də Avropa İttifaqı ABŞ ilə müəyyən qədər həmrəylik nümayiş etdirməyə çalışır”.

İran “Avropa üçlüyü"nə belə cavab verəcək - Globalinfo.az

Onun sözlərinə görə, Qərb ABŞ ilə birgə zərbələrdə iştirak etməyəcək, amma qətliama da səssiz qalmaq istəmir: “Avropa İttifaqı İran rejiminə qarşı sanksiyaları sərtləşdirmək marağındadır ki, rejim dəyişə bilsin. Sanksiyaların sərtləşdirilməsinin yollarından biri də SEPAH-ın terrorçu təşkilatlar sırasına daxil edilməsidir. Bu, Avropa İttifaqının İrana qarşı təzyiqlərinin yeni formada və sərt şəkildə artırılmasına əsas yaradacaq. Avropa Birliyi dövlətlərinin hamısı da olmasa bir çoxunun Kallasın, eləcə də ABŞ-nin istəyinə uyğun addım atacağı istisna deyil. SEPAH terror təşkilatları siyahısına əlavə edilsə bu, gələcəkdə SEPAH-a, onun komandirlərinə qarşı əməliyyatlar həyata keçirilməsinə əlavə hüquqi əsas yaradacaq”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR