İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta sorğularla seçkiyə kölgə salmaq istəyirlər - İDDİA

272 05.06.2026 17:27 Son xəbər A A

Ermənistanda parlament seçkiləri ərəfəsində ictimai rəy sorğuları ətrafında mübahisələr daha da qızışıb.

Musavat.com xəbər verir ki, baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan “Bagramyan 26” teleqram kanalı “Gallup” adı ilə yayılan son sorğunun nəticələrini kəskin tənqid edib.

Sorğuya əsasən, Ermənistan parlamentinə beş siyasi qüvvənin düşəcəyi proqnozlaşdırılır. Nəticələrdə hakim “Vətəndaş Müqaviləsi” partiyasına 32,4 faiz, “Güclü Ermənistan” partiyasına 16,4 faiz, “Hayastan” blokuna 15,2 faiz, “Çiçəklənən Ermənistan” partiyasına 8,8 faiz, “Birlik Qanadları” partiyasına isə 6,2 faiz dəstək göstərilir.

“Bagramyan 26” bu nəticələrin reallığı əks etdirmədiyini iddia edərək sorğunu “saxta” adlandırıb. Kanalın müəllifləri hesab edirlər ki, bu cür rəqəmlər seçki öncəsi ictimai rəyə təsir göstərmək və gələcəkdə mümkün seçki nəticələrini şübhə altına almaq məqsədi daşıyır.
Paşinyana yaxın resurs xüsusilə 2021-ci il parlament seçkilərini xatırladıb. Kanalın iddiasına görə, həmin dövrdə də eyni sorğu şirkəti Robert Köçəryanın qələbə qazanacağını proqnozlaşdırsa da, nəticədə “Vətəndaş Müqaviləsi” seçkilərdə üstünlük əldə edərək hökuməti formalaşdırmışdı.

“Bagramyan 26” hesab edir ki, belə sorğuların əsas məqsədi müxalifətin zəif nəticə göstərəcəyi təqdirdə seçkilərin legitimliyini sual altına almaq üçün zəmin yaratmaqdır.

Qeyd edək ki, Ermənistanda seçki kampaniyasının son günlərində ictimai rəy sorğuları, xarici təsir iddiaları və mümkün seçki saxtakarlığı ilə bağlı qarşılıqlı ittihamlar siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR