İnsanlara hürriyət, millətlərə istiqlal!

Hücuma məruz qalan gəmidə həlak olan Fuad Orucovun FOTOSU

729 05.06.2026 17:29 Hadisə A A

Xəbər verdiyimiz kimi, Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub.

Məlumata görə, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar. Qismət Əliyevin gəmidə böyük mexanik, Fuad Orucovun isə kapitan olduğu bildirilib.

Həyatını itirən kapitan Fuad Orucov əslən Azərbaycanın Xaçmaz rayonundandır. 

Musavat.com Minval-a istinadən Fuad Orucovun fotosunu təqdim edir:

Qeyd edək ki, 5 iyunda Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub.

Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR