İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazçılar bu şəhərdə nəzarəti ələ aldılar, polis xalqın tərəfinə keçdi - VİDEO

3503 06.01.2026 22:55 Dünya A A

İranda anti-hökumət etirazları səngimir, ölkədə gərginlik getdikcə artır.

Musavat.com xəbər verir ki, hüquq müdafiəçilərinin məlumatına görə, indiyədək azı 29 nəfər həlak olub.

Məlumata əsasən, ayətullahlar rejiminin nəzarətindən çıxdığı iddia edilən ilk şəhər İlam vilayətinin Abdanan şəhəridir. Bildirilir ki, şəhərdə polis binası etirazçılar tərəfindən ələ keçirilib, təhlükəsizlik qüvvələri müqavimət göstərmədən silahı yerə qoyub və bəzi hallarda yerli əhaliyə qoşulub. Qeyd olunur ki, bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və ya təkzib olunmayıb. 

Məlumatlarda deyilir ki, təhlükəsizlik qüvvələri etirazların yatırılması üçün döyüş sursatı, su şırnaqları və gözyaşardıcı qazdan istifadə edir. Buna baxmayaraq, aksiyaların qarşısını almaq mümkün olmur. Etirazlar artıq 10 gündür davam edir.

Hüquq müdafiə təşkilatı HRANA-nın açıqlamasına görə, aksiyalar 27 vilayətin 88 şəhərini əhatə edib, indiyədək azı 1200 nəfər saxlanılıb.

Qərb mediası daha əvvəl yazmışdı ki, rejimin süqutu halında İranın ali dini lideri Əli Xamenei Rusiyaya sığınmağı planlaşdıra bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR