Musavat.com xəbər verir ki, İranda davam edən kütləvi etirazlar zamanı azı 648 nəfər həyatını itirib. Bu barədə insan haqlarını izləyən HRANA təşkilatı məlumat yayıb.
Bildirilir ki, ölkədə internet artıq dörd gündən çoxdur tamamilə kəsilib. Bu vəziyyət hadisələr barədə məlumatların toplanmasını və yoxlanmasını həm hüquq müdafiəçiləri, həm də jurnalistlər üçün xeyli çətinləşdirir.
Radio Farda-nın jurnalistləri isə etirazçılara qarşı odlu silahdan istifadə edildiyini bildiriblər. Məlumatlara görə, təhlükəsizlik qüvvələri aksiyalara sərt şəkildə müdaxilə edir.
Qeyd olunur ki, əvvəlcə ağır iqtisadi vəziyyətə görə başlayan etirazlar sonradan hökumət əleyhinə aksiyalara çevrilib və hələlik səngimə əlamətləri görünmür.
Musavat.com






