İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda müxalif qrup həbs edildi

497 09.02.2026 02:29 Dünya A A

İranda islahatçı düşərgəyə yaxın bir neçə fəalın həbs edildiyi, bir sıra şəxslərin isə məhkəməyə çağırıldığı bildirilir. Saxlanılanlar arasında İran İslahat Cəbhəsinin rəhbəri xanım Azər Mənsuri, İbrahim Əsgərzadə və Mohsen Əminzadənin olduğu qeyd olunur.

Musavat.com xəbər verir ki, SEPAH-a bağlı “Fars” xəbər agentliyi bu həbsləri “ictimai-siyasi vəziyyəti pozmağa” və “ölkənin düşmənləri ilə birlikdə hərəkət etməyə” cəhd göstərməkdə ittiham edilən bir qrupla bağlı əməliyyat kimi təqdim edib.

Məlumata görə, həmin qrup SEPAH və İnformasiya və Təhlükəsizlik İdarəsinin birgə əməliyyatı ilə “uğurla zərərsizləşdirilib”. Agentlik iddia edir ki, sözügedən şəxslər ölkə daxilində vəziyyəti gərginləşdirməyə çalışıblar və bu fəaliyyətləri “düşmən qüvvələrlə koordinasiya” çərçivəsində qiymətləndirilib.

Eyni məlumatda bir sıra digər şəxslərin də hüquq-mühafizə orqanları tərəfindən məhkəməyə çağırıldığı vurğulanır. Hadisə ilə bağlı əlavə detallar və saxlanılanların dəqiq sayı açıqlanmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR