İranda ötən ilin dekabr ayının 28-dən başlayan etirazlarda 544 nəfər öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, qətlə yetirilən çoxlu sayda etirazçıların kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb.
Gunaz.tv minlərlə etirazçının həbs olunduğu xəbərini yayıb. Bildirilir ki, 10 681 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.
Ölkədə internet kəsildiyinə görə öldürülən və həbs olunanların sayı, həmçinin kimliyinin müəyyənləşdirilməsində çətinliklər var. Bəzi mənbələr isə öldürülənlərin sayının minlərlə olduğuna dair məlumatlar yayıblar.
Musavat.com






