İran rəsmi olaraq uçuş məsafəsi 2 000 kilometrədək olan “Xorrəmşəhr” ballistik raketini nümayiş etdirib.
Musavat.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumatda bildirilir ki, raket maye yanacaqla işləyir və 1 500 kiloqrama qədər döyüş başlığı daşıyır.
Bu göstərici onu İranın silah arsenalındakı ən ağır döyüş başlığına malik ballistik raketə çevirir.
Raketin trayektoriyanın orta mərhələsində hədəflənmə sisteminə malik olduğu da bildirilir.
Musavat.com






