İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın “Hizbullah”la bağlı planı ÜZƏ ÇIXDI

536 19.02.2026 14:40 Dünya A A

İran İsraillə mümkün müharibə başlayacağı təqdirdə Livan “Hizbullah”ının da prosesə qoşulmasını istəyib.

Musavat.com xəbər verir ki, bununla bağlı, İsrailin “Ynet” portalı məlumat yayıb.

Qeyd olunur ki, rəsmi Tehran hazırkı mərhələdə birbaşa müharibənin başlanmasında maraqlı olmasa da, mümkün qarşıdurma vəziyyətində bölgədəki proksi qüvvələrini aktiv saxlamağa çalışır.

Hesabatda bildirilir ki, İran əvvəlki 12 günlük qarşıdurmadan fərqli olaraq, bu dəfə müharibə baş verərsə, “Hizbullah”ın kənarda qalmaması üçün ciddi təzyiq göstərir.

Məqsəd, mümkün toqquşma zamanı İsrailə qarşı daha geniş cəbhə formalaşdırmaqdır.

“Ynet”in açıqlamasına görə, İsrail tərəfi prosesləri yaxından izləyir və “Hizbullah”ın müdaxilə edəcəyi təqdirdə təşkilata “çox ağrılı zərbə” endiriləcəyi ilə bağlı açıq xəbərdarlıq mesajları çatdırıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR