İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın təhlükəli strategiyası: pilotlar və komandirlər üçün “ov əmri”

1171 22.03.2026 00:27 Dünya A A

Yaxın Şərqdə gərginlik fonunda Tehran növbəti sərt mesajını verib.

Musavat.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi ABŞ və İsrail hərbçilərinə qarşı açıq təhdid səsləndirib.

O bildirib ki, İran tərəfi artıq düşmən komandirləri və pilotları barədə geniş kəşfiyyat məlumatlarına malikdir.

Generalın sözlərinə görə, yaxın vaxtlarda “düşmən rəsmiləri və komandirləri gizləndikləri yerlərdən çıxarılacaq” və onlar üçün təhlükəsiz məkan anlayışı aradan qalxacaq.

Şikarçi xüsusilə ABŞ və İsrail pilotlarını hədəfə alaraq vurğulayıb ki, bundan sonra onlar üçün yalnız döyüş zonaları deyil, dünyanın müxtəlif bölgələrindəki mülki məkanlar da riskli olacaq. Onun sözlərinə görə, “əyləncə mərkəzləri, turistik obyektlər və istirahət zonaları belə təhlükəsiz sayılmayacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR