İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla danışıqlar yalnız İslamabadda keçirilə bilər - Tramp

904 18.04.2026 09:20 Siyasət A A

İranla mümkün müqavilənin əksər şərtləri artıq razılaşdırılıb.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Arizona ştatının Feniks şəhərində Turning Point USA təşkilatının tərəfdarları qarşısında çıxışında deyib.

O, qeyd edib ki, Amerika qüvvələri "İranla müqavilə tam razılaşdırılıb imzalanana qədər" yerində qalacaq: "Bu proses sürətlə davam etməlidir; əksər məqamlar artıq razılaşdırılıb və dəqiqləşdirilib".

ABC News-a verdiyi müsahibədə isə ABŞ prezidenti İranla danışıqların İslamabaddan başqa yerdə davam etdirilməsi ehtimalını istisna edib: “Bizə kömək etməyən ölkələrə getmək qeyri-mümkündür”.

O, danışıqların Cenevrədə keçirilməsi ehtimalı barədə sualı cavablandırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR