Martın 11-də İraqda baş verən təyyarə qəzası ilə bağlı yeni görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, ABŞ-yə məxsus Boeing KC-135 Stratotanker tipli yanacaqdaşıyan hərbi təyyarənin qəzaya uğradığı ərazidən çəkilmiş dağıntı kadrları sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, görüntülərdə təyyarənin parçalanmış hissələri və qəza yerindəki dağıntılar əks olunub. Hadisə nəticəsində təyyarədə olan 6 ekipaj üzvünün hamısının həlak olduğu bildirilir.
Musavat.com






