"İşgüzar saat" proqramının növbəti canlı yayımında İran-ABŞ münasibətlərinin son durumu və Ermənistan siyasi gündəmi geniş müzakirə olunur.
Musavat.com xəbər verir ki, ARB24 telekanalında yayımlanan veriliş aparıcı Çinarə Nurməmmədova tərəfindən idarə edilir.
Proqramda İranla ABŞ arasında mümkün razılaşma ehtimalları və bu münasibətlərin Yaxın Şərqdə təhlükəsizlik balansına təsiri geniş şəkildə şərh edilir.
Eyni zamanda veriliş çərçivəsində Ermənistanın daxili siyasi gündəmi əsas müzakirə mövzularından biridir. Ölkədə baş verən siyasi proseslər, hakimiyyət və müxalifət arasındakı münasibətlər təhlil edilir.
Musavat.com sözügedən proqramı təqdim edir.
Musavat.com






