İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda nəqliyyat iflic oldu: leysan ərəfəsində 10 ballıq tıxac

720 09.12.2025 20:49 Hadisə A A

İrəvanda yenidən nəqliyyat kollapsı yaşanıb.

Musavat.com xəbər verir ki, şəhərin əsas magistrallarında avtobusların dolub-daşması, eləcə də uzun avtomobil növbələri müşahidə olunub. Sürətlə yaxınlaşan və sinoptiklərin əvvəlcədən xəbərdarlıq etdiyi leysan fonunda paytaxtın hərəkəti 10 ballıq tıxac həddinə çatıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda avtobus dayanacaqlarında insanların sıxlığı, həmçinin mərkəzə doğru uzanan çoxkilometrlik tıxaclar aydın görünür. Şəhər sakinləri hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdarlığa baxmayaraq, yolların əvvəlcədən boşaldılmamasını və nəqliyyatın idarə olunmasında gecikməni tənqid edirlər.

Məlumata görə, bəzi küçələrdə maşın axınının dayanması nəticəsində ictimai nəqliyyat da qrafikdən tamamilə çıxıb. Hələlik vəziyyətin stabilləşməsi üçün əlavə tədbirlər barədə məlumat verilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR