İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Aİ-yə "getmə, qal" mesajı: Armen Qriqoryan nöqtəni qoydu

1120 13.02.2026 15:31 Dünya A A


Ermənistan hakimiyyəti Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının ölkədə fəaliyyətini davam etdirməsində israrlıdır.

Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün keçirdiyi brifinqdə Aİ missiyasının Ermənistan üçün "sabitlik faktoru" olduğunu xüsusi vurğulayıb.

Qriqoryan bildirib ki, sülh müqaviləsi imzalansa belə, bu missiyanın rolu əhəmiyyətini itirmir:

"Sülh müqaviləsi çərçivəsində müəyyən razılaşmalar var ki, onlar imzalanmalı, ratifikasiya edilməli və qüvvəyə minməlidir. Yalnız bundan sonra gələcək addımları dəqiqləşdirə bilərik. Biz həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə Aİ-li tərəfdaşlarımıza bildiririk ki, bu əməkdaşlığı və missiyanın fəaliyyətini yüksək qiymətləndiririk".

Ritterin "müzakirə yoxdur" sözlərinə reaksiyası

Xatırladaq ki, cəmi bir neçə saat əvvəl missiyanın rəhbəri Markus Ritter mandatın uzadılması ilə bağlı hələlik heç bir müzakirənin aparılmadığını və mövcud mandatın 2027-ci ilin fevralına qədər qüvvədə olduğunu bildirmişdi. Lakin Armen Qriqoryanın çıxışı göstərir ki, İrəvan artıq indidən Brüsselə "təzyiq" edərək mandatın müddətsiz və ya daha uzunmüddətli olması üçün zəmin hazırlayır.

Ekspertlərin fikrincə, Qriqoryanın bu inadkar mövqeyi regional oyunçuları, xüsusən də Bakı və Moskvanı qıcıqlandırmaya bilməz:

 Bakı hesab edir ki, missiyanın qalması Ermənistanın sülh prosesini uzatmasına və "vaxt qazanmasına" xidmət edir.

Kreml isə bu missiyanı birbaşa NATO-nun bölgəyə sızması və Rusiyanın təsirini zəiflətmək cəhdi kimi qiymətləndirir.

Ermənistan rəhbərliyi isə Aİ missiyasını özü üçün həm hərbi, həm də siyasi "təhlükəsizlik yastığı" hesab edir və 2026-cı ilin yayında keçiriləcək seçkilər öncəsi bu "Avropa dəstəyi" görüntüsünü itirmək istəmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR