İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın keçmiş merinin əmlakına və vəsaitlərinə həbs qoyuldu

456 19.11.2025 15:08 Dünya A A

Ermənistan parlamentinin deputatı və İrəvanın sabiq meri Taron Marqaryanın əmlakı və maliyyə vəsaitlərinə həbs qoyulub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluq qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı iddiada Taron Marqaryandan və onunla bağlılığı olan şəxslərdən ümumi dəyəri 2 milyard dramdan çox olan əmlak və vəsaitlərin müsadirəsini tələb edir.

Xatırladaq ki, Taron Marqaryanla bağlı cinayət işi 2025-ci il sentyabrın 8-də prokuror tərəfindən məhkəməyə göndərilib.

Taron Marqaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə ictimai cinayət təqibi başlanıb. İstintaqın versiyasına görə, o, şəxsi maraqları naminə və gəlir əldə etmək məqsədilə xidməti səlahiyyətlərindən istifadə edərək, xüsusilə böyük miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırıb. Bundan başqa, onun dövlətə məxsus torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı inzibati tədbirlər görmədiyi də iddia olunur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR