İsrailin bu gün Livanın cənubuna endirdiyi zərbələrin hədəfi Hizbullaha məxsus silah anbarları olub.
Musavat.com xəbər verir ki, bunu İsrail Ordusunun mətbuat xidməti açıqlayıb. Açıqlamada bildirilir ki, İsrail qüvvələri Livanın cənubunda bir neçə belə obyektə zərbə endirib. İsrail tərəfinin məlumatına görə, anbarlar yaşayış məntəqələri arasında yerləşib: "Silahların saxlanması üçün nəzərdə tutulan bu obyektlərin olması İsrail və Livan arasında atəşkəs müqavilələrinin pozulması idi. İsrail Müdafiə Qüvvələri İsrail dövlətinə qarşı yarana biləcək hər hansı bir təhlükənin qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək".
Musavat.com






