İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə İran zərbələri nəticəsində ilk ölüm qeydə alındı VİDEO

940 01.03.2026 02:54 Dünya A A

İsraildə İranın endirdiyi zərbələr nəticəsində ilk ölüm faktı təsdiqlənib. Yerli 12-ci telekanalın məlumatına görə, təxminən 40 yaşlarında bir qadın həyatını itirib.

Musavat.com xəbər verir ki, məlumat Magen David Adom (MDA – “Qırmızı Davud qalxanı”) təcili tibbi yardım xidmətinə istinadən yayılıb. Hadisə Tel Aviv şəhərində baş verib.

Tibb xidmətinin açıqlamasına əsasən, ümumilikdə 20 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır, üç nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Daha 16 nəfər isə yüngül xəsarət alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR