İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda ŞOK ƏMƏLİYYAT: Tanınmış futbolçular SAXLANILDI VİDEO

993 05.12.2025 12:27 Dünya A A

İstanbul Baş Prokurorluğu bu səhər futbol üzrə qanunsuz mərc şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, istintaq çərçivəsində aralarında çoxsaylı futbolçular və bir neçə klub rəhbərinin də olduğu 46 nəfər barəsində həbs qərarı verilib.

Saxlanılanlar arasında Adana "Demirspor"un keçmiş prezidenti Murat Sancak və tanınmış futbol şərhçisi Ahmet Çakar da var. Çakar məhkəmə prosesindən əvvəl tibbi müayinəyə aparılıb.

Bundan başqa, "Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş və "Qalatasaray"ın oyunçusu Metehan Baltacı ifadə vermək üçün prokurorluğa çağırılıblar.

İstintaq futbol oyunlarının nəticələrinə qanunsuz müdaxilə, qeyri-leqal mərc oyunları və bəzi şəxslərin matçların manipulyasiyasında iştirak etməsi ilə bağlı iddialar üzərində aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR