İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda tanınmış şirkətlərə ƏMƏLİYYAT - 7 rəhbər həbs edildi

783 09.01.2026 16:13 Son xəbər A A

İstanbul Baş Prokurorluğu tərəfindən qızıl qaçaqmalçılığına qarşı üçüncü əməliyyat dalğası başlayıb.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat çərçivəsində "ALEKS Metal", "AgaHolding" və "AgaBullion Precious Metals Inc." daxil olmaqla 7 şirkətə basqınlar həyata keçirilib.

Əməliyyat zamanı bu şirkətlərin sahibi olan 7 şübhəli həbs olunub və ünvanlarında axtarışlar aparılır.

Şübhəlilər aşağıdakı ittihamlarla üzləşirlər:

Cinayət törətmək məqsədilə təşkilat yaratmaq, qaçaqmalçılığa qarşı qanunun pozulması, dövlət qurumlarına və təşkilatlarına ağır ziyan verən dələduzluq, Mərkəzi Bank və əlaqəli qanunların pozulması.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR