İnsanlara hürriyət, millətlərə istiqlal!

İvanişvili ailəsində böyük qalmaqal: oliqarxın oğlunun Rusiya vətəndaşı olduğu üzə çıxdı

736 05.12.2025 21:41 Dünya A A

Musavat.com xəbər verir ki, Gürcüstanda siyasi gündəmi alt-üst edən yeni fakt ortaya çıxıb. Hakim “Gürcü Arzusu” partiyasının qurucusu, oliqarx Bidzina İvanişvilinin oğlu Bera İvanişvili rəsmi olaraq ikili — Gürcüstan və Rusiya vətəndaşlığına malikdir.

Bu məlumat yenilənmiş dövlət reyestrində aşkar edilib. Sənədlərə əsasən, Bera İvanişvilinin adına rəsmiləşən iki şirkətin qeydiyyat məlumatlarında da onun hər iki ölkənin vətəndaşı olduğu açıq şəkildə göstərilib. Gürcü media nümayişçilərinin araşdırmaları da faktı təsdiqləyib.

Bu açıqlama Gürcüstanda artıq gərgin olan siyasi mühitə yeni qığılcım salıb. Moskva ilə münasibətlərə dair tənqidi debatların fonunda İvanişvili ailəsinin Kreml ilə hüquqi bağlara sahib olması cəmiyyətdə geniş rezonans yaradıb və yeni suallar doğurub. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR