İnsanlara hürriyət, millətlərə istiqlal!

İyuna qədər sülh sazişi İMZALANACAQMI? - Bakı sakinlərindən ƏSƏBİ CAVABLAR

618 12.02.2026 19:34 Son xəbər A A

Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq istəyir. Baş nazir Paşinyan bildirib ki, bu məsələ artıq hökumətin rəsmi gündəliyinə daxil edilib.

Məlum olduğu kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır və Bakının əsas tələbi də məhz həmin müddəaların konstitusiyadan çıxarılmasıdır. Ermənistan hakimiyyəti bunun problem olmadığını iddia edir və seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcəyini vəd edir.

Lakin Paşinyan hakimiyyətinin seçkidə qalib gəldikdən sonra bu vədinə nə dərəcədə sadiq qalacağı ciddi sual doğurur. Tarixi təcrübə göstərir ki, Ermənistana bel bağlamaq və verilən vədlərə etibar etmək təhlükəli ola bilər.

Bu baxımdan, siyasi şərhçilər qeyd edir ki, seçkidən öncə – Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh sazişinin imzalanmasının riskli olduğu bildirilir.

Bəs Bakı sakinləri bu haqda necə düşünür?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR