İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Omer Tişler münaqişənin son gərginləşməsi zamanı İrana qarşı genişmiqyaslı əməliyyatın ləğv edildiyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, hərbçilərə müraciəti zamanı komandan iyunun 8-i axşam saatlarında aviasiyanın İran ərazisindəki yüzlərlə hədəfə zərbələr endirmək üçün uçuşa tam hazır vəziyyətdə olduğunu, lakin əməliyyatın startına cəmi bir saat qalmış dayandırıldığını bildirib.
Buna qədər isə İsrail HHQ İsrailə qarşı edilən raket hücumlarına cavab olaraq İranın obyektlərinə artıq bir sıra zərbələr endirib.
İsrail mediasının yaydığı məlumatlara görə, əməliyyatın ləğvi barədə qərarı baş nazir Benyamin Netanyahu qəbul edib. O, bu addımı ABŞ prezidenti Donald Trampın münaqişənin daha da alovlanmasına imkan verməmək barədə çağırışından sonra atıb. Tişler həmçinin qeyd edib ki, artıq həyata keçirilmiş zərbələr nəticəsində onlarla hədəf vurulub və İranın hava hücumundan müdafiə sisteminə ciddi ziyan dəyib.
Musavat.com






