İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadir İnanırın fanatlarına məyusedici xəbər

961 15.05.2026 21:44 Şou-biznes A A

Türkiyə kinosunun əfsanəvi simalarından olan Kadir İnanır gecə saatlarında qəfil pisləşib. Yaxınları vəziyyəti hiss edən kimi məşhur aktyoru dərhal Beşiktaşdakı xəstəxanalardan birinə çatdırıblar.

Tibb müəssisəsində edilən ilk müdaxilədən sonra həkimlər sənətkarı reanimasiya şöbəsinə yerləşdirmək qərarına gəliblər. Aktyorun səhhəti ilə bağlı xəstəxanadan hələlik rəsmi açıqlama verilməsə də, onun həkim nəzarətində saxlanıldığı bildirilir.

Xatırladaq ki, Kadir İnanır ötən il də beyin qan dövranının pozulması və ağciyər infeksiyası səbəbindən uzun müddət xəstəxanada müalicə olunmuşdu. Təxminən bir ildir fiziki reabilitasiya keçən usta sənətkarın reanimasiyadakı müalicəsi davam edir.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR