İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kainat gözəli" səhnədə xəstəxanalıq oldu - VİDEO

679 20.11.2025 14:38 Dünya A A

"Miss Universe 2025" beynəlxalq gözəllik müsabiqəsində xoşagəlməz hadisə baş verib. Yamaykanı təmsil edən Qabriela Henri geyim nümayişi zamanı tarazlığı itirərək səhnədən yıxılıb.

İnsidentdən sonra o, Tailandın paytaxtı Banqkokda yerləşən xəstəxanaya aparılıb. Həkimlərin ilkin qiymətləndirməsinə əsasən, ağır və həyati təhlükə yaradan xəsarət qeydə alınmayıb.

Həkim-oftalmoloq olan Qabriela Henrinin müsabiqənin final mərhələsinə qatılıb-qatılmayacağı isə hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, 74-cü "Kainat gözəli" müsabiqəsinin tacqoyma mərasimi noyabrın 21-də Banqkokda gerçəkləşəcək və ümumilikdə 120 ölkədən iştirakçı yarışacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR