İnsanlara hürriyət, millətlərə istiqlal!

Karapetyandan SENSASİON AÇIQLAMA - "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..."

2225 21.05.2026 07:45 Siyasət A A

Ermənistanda kremlyönlü “Güclü Ermənistan” bloku hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan vətəndaşlarının ölkədə torpaq sahələri və daşınmaz əmlak almasını qadağan etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə birliyin baş nazirliyə namizədi Samvel Karapetyan bəyanatla çıxış edib.

“Biz azərbaycanlıların Ermənistanda torpaq və ev almasını, həmçinin onlara hədiyyə verilməsini qadağan edən qanunlar qəbul edəcəyik”, - deyə Karapetyan bildirib.

O, iddia edib ki, guya 300 min azərbaycanlı “torpaq sahələri və evlər almaqla artıq Ermənistana daxil olmağa (müdaxilə etməyə) hazırlaşır”.

“Artıq hər kəs bilir ki, kəndlər, məktəblər və uşaq bağçaları onlar üçün boşaldılır”, - deyə Karapetyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR