İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş icra başçısı sədr oldu - FOTO

3321 23.06.2026 10:00 Ölkə A A

Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.

Bu vəzifəyə şəhərin nüfuzlu ağsaqqallarından olan Eldar İsmayılov gətirilib.

Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 1990-cı ildə Ali Sovetin deputatı seçilib. 1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1999-2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü olub. 2014-cü ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-Aparat rəhbəri postunu tutub.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 16-da imzaladığı sərəncamla "Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl istefa verib. (Ölkə.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR