KXDR lideri Kim Çen In xaricdə yerinə yetirdikləri tapşırıqlardan sonra vətənə qayıdan Koreya Xalq Ordusunun 528-ci mühəndis alayının hərbi qulluqçularını Pxenyanda təntənəli mərasimlə qarşılayıb.
Musavat.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Mərasim zamanı Kim Çen In bildirib ki, sözügedən alay avqustun əvvəlində Rusiyaya göndərilib və Kursk vilayətində mühəndis-döyüş tapşırıqlarının icrası zamanı “əhəmiyyətli uğurlar” əldə edib.
Onun sözlərinə görə, missiya 120 gün davam edib və bu müddət ərzində alay “doqquz nəfərlik faciəvi itki” verib.
Musavat.com






