İnsanlara hürriyət, millətlərə istiqlal!

Kino nəfəsi Bakıda – “Qızıl nar” mükafatları təqdim olundu, festival bağlandı

726 09.12.2025 23:20 Mədəniyyət A A

Dekabrın 9-da Bakı Beynəlxalq Film Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Musavat.com bildirir ki, Nizami Kino Mərkəzində keçiriləm mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, kino ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı ilə “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçirilib.

Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev çıxış edərək builki festivalın bir sıra məqamlarla yadda qaldığını qeyd edib. O, layihəyə marağın ildən-ilə artdığını bildirib: “Kinoya bu qədər sevginizi görmək bizi çox sevindirir. Biz komanda olaraq bu sevgidən enerji alırıq. Bilirsiniz ki, festival təşkil etmək çətin prosesdir. Biz də beş gün ərzində bu prosesi keçdik. Festivalın komandasına təşəkkür edirəm”.

Daha sonra festivala daxil olan filmlərdən kadrlar göstərilib. Ardınca isə qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.

Tədbirin sonunda iki film nümayiş olunub.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR