İnsanlara hürriyət, millətlərə istiqlal!

"Koçari"nin yeni sevgilisi odur - FOTO

763 03.02.2026 12:30 Şou-biznes A A

"Taşacak Bu Deniz" serialında "Adil Koçari"ni canlandıran Ulaş Tuna Astepe şəxsi həyatı ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, aktyor Bebekdə sarışın gözəllə əylənərkən görüntülənib.

Cütlük çöldə mətbuat nümayəndələrinin olduğunu öyrəndikdə məkandan ayrılıb. Əvvəlcə Ulaş Tuna Astepe, 5 dəqiqə sonra isə sirli gözəllik ardınca çıxıb.

"İçəridə sarışın bir xanımla əylənirdiniz. Yeni münasibət qurmusunuzmu?" sualına aktyor "Xanım?" deyə təəccüblə cavab verib. Ulaş Tuna Astepenin birlikdə görüntüləndiyi şəxsin model və dizayner İrem Haznedar olduğu ortaya çıxıb. İremin adı əvvəllər Blok 3 ilə hallanırdı.

Qeyd edək ki, Ulaş Tuna Astepe ötən ilin iyun ayında 6 illik münasibətinə səssizcə son qoyub. Daha sonra məlum olub ki, bu uzunmüddətli münasibət rejissor Cansu Baydarla olub.

Könül
Musavat.com

1200xauto (2).png (111 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR