İnsanlara hürriyət, millətlərə istiqlal!

“Köhnə Günəşli”də küçə itləri vahiməsi - FOTO/VİDEO

440 27.12.2025 14:24 Gündəm A A

Xətai rayonunun general Mehmandarov, general Şıxlinski, İnqilab İsmayılov küçələrində küçə itləri əsl təhlükə mənbəyinə çevrilib.

Musavat.com-un əməkdaşı xəbər verir ki, evlərin zirzəmisində yuva qurub balalayan itlərin çoxalması sakinlərin təşvişini daha da artırıb.

Dəstə ilə gəzib, yem axtaran itlər ətrafdakı insanlara da hücum edirlər. Ötən həftə Mehmandarov küçəsində itlər qəfildən iki qadına hücum ediblər. Sakinlərdən biri qaçıb xilas olmaq istərkən yıxılıb və nəticədə qolu qırılıb. Şahidlər deyir ki, ətrafdakı insanların müdaxiləsi olmasa, it sürüsü ağır xəsarət almış qadını parçalaya bilərmiş. Sakin dərhal xəstəxanaya çatdırılıb. Eyni gündə küçə itləri daha bir sakinin üstünə şığıyıblar, bu dəfə dükandan çıxan qadın yüngül xəsarətlə xilas olub. Ümumilikdə “Köhnə Günəşli” massivində bu problemin uzun illərdir həll olunmadığından şikayətlənən sakinlər əlaqədar qurumların tədbir görməsini xahiş edirlər. Sakinlər xüsusilə də məktəbli övladlarının hər gün real təhlükə ilə üzləşdiklərinə görə narahatdırlar. İtlərdə quduzluq xəstəliyinin olması ehtimalı vətəndaşları ciddi şəkildə narahat edir. Bir həmsöhbətimiz bildirib ki, səhər saatlarında işə gedərkən itlərin qəfil hücumundan son anda, yaxınlıqdakı yük maşınının üstünə çıxmaqla xilas olub.

Qeyd edək ki, bu kadrları əməkdaşımız bir saat öncə, sözügedən ünvanda çəkib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR