İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya prezidenti Ağ Evdə Trampla görüşəcək

610 08.01.2026 09:18 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petro ilə telefonla danışıb.

Musavat.com xəbər verir ki, məlumatı Tramp özünə məxsus Truth Social hesabında paylaşıb. O, tezliklə Ağ Evdə Petro ilə görüşmək niyyətində olduğunu açıqlayıb: "Narkotika və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti izah etmək üçün zəng edən Kolumbiya prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. Onun zəngini və tonunu yüksək qiymətləndirirəm və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm. Dövlət katibi Marko Rubio və Kolumbiya Xarici İşlər Nazirliyi tədbirlər görür. Görüş Vaşinqtonda Ağ Evdə keçiriləcək".

Qeyd edək ki, ötən ilin sonlarında ABŞ Qustavo Petro və onun ailə üzvlərinə qarşı sanksiya tətbiq edib. Yanvarın 3-də Tramp Venesuelada ABŞ-ın hərbi əməliyyatı ilə əlaqədar olaraq Petro ilə bağlı xəbərdarlıqlarının qüvvədə qaldığını bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR