İnsanlara hürriyət, millətlərə istiqlal!

Körfəzdə yeni böhran: Qətər İran diplomatlarını qovur

1005 19.03.2026 02:59 Dünya A A

Qətər ilə İran arasında münasibətlər kəskin şəkildə gərginləşib.

Musavat.com xəbər verir ki, Doha hakimiyyəti İranın ölkəyə qarşı davam edən hücumları fonunda bu ölkənin səfirliyində çalışan hərbi və təhlükəsizlik attaşelərini “persona non grata” – arzuolunmaz şəxs elan edib.

Rəsmi qərara əsasən, adı çəkilən diplomatlara ən geci 24 saat ərzində Qətər ərazisini tərk etmək tələbi qoyulub. Bu addım regionda artan gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir.

Qətər Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İranın addımlarını “təcavüzkar yanaşma” adlandıraraq xəbərdarlıq edib ki, bu siyasət davam edərsə, ölkə suverenliyini və milli təhlükəsizliyini qorumaq üçün əlavə tədbirlər görəcək.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR