İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml 300 milyardlıq savaş açdı - SENSASİON DETALLAR

651 27.07.2026 16:43 Dünya A A

Rusiya-Qərb arasında Ukrayna müharibəsi fonunda illərdir davam edən qarşıdurma indi də maliyyə və hüquqi müstəviyə keçir. Moskva bu dəfə döyüş meydanındakı vəziyyətdən deyil, müharibənin iqtisadi nəticələrindən danışır. Belə ki, Rusiya Dövlət Dumasının Beynəlxalq siyasət komitəsi sədrinin birinci müavini Aleksey Çepa Avropa ölkələrinə sərt mesaj göndərərək Ukrayna müharibəsi nəticəsində Rusiyaya dəyən zərərin əvəzinin ödənilməsini tələb edəcəklərini bəyan edib. O bildirib ki, Moskva bu məsələni beynəlxalq gündəmdən çıxarmaq niyyətində deyil və zamanla Avropa dövlətlərini kompensasiya ödəməyə məcbur edəcək gücə malik olduqlarına inanır.

Rusiyalı deputatın sözlərinə görə, Moskvanın əsas hədəflərindən biri də Ukraynaya qarşı hərbi əməliyyatların başlanmasından sonra Qərb ölkələri tərəfindən dondurulan təxminən 300 milyard dollarlıq Rusiya dövlət aktivlərinin geri qaytarılmasıdır. Kreml uzun müddətdir bu vəsaitlərin qanunsuz şəkildə bloklandığını iddia edir və onların müsadirəsinə yönəlmiş təşəbbüsləri beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.

Son aylarda Avropa İttifaqı və G7 ölkələrində dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın bərpasına yönəldilməsi ilə bağlı qərarlar Moskvanın kəskin etirazına səbəb olub. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu addımlar cavabsız qalmayacaq və Qərb ölkələri hüquqi, siyasi və iqtisadi nəticələrlə üzləşəcəklər.

Aleksey Çepanın son açıqlaması da Kremlin bu məsələdə geri çəkilmək niyyətində olmadığını göstərir. Rəsmi Moskva hesab edir ki, gələcəkdə Avropa ilə münasibətlərdə kompensasiya və dondurulmuş aktivlərin taleyi əsas müzakirə mövzularından birinə çevriləcək.

Rusiya doğrudanmı Avropadan kompensasiya ala bilər? Dondurulmuş 300 milyard dollarlıq aktivlərin taleyi necə olacaq? Moskvanın hüquqi arqumentləri beynəlxalq məhkəmələrdə nəticə verəcəkmi?

SEHLA SON.jpeg (147 KB)

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan bəri ona qarşı bir sıra təzyiq mexanizmləri tətbiq olunur:

“İqtisadi sanksiyalar çərçivəsində həm də Rusiyanın Qərb ölkələrindəki aktivlərinin dondurulduğu qeyd oluna bilər. Bir ara bu aktivlərin Ukraynanın bərpası məqsədilə müsadirə olunması müzakirəyə çıxarıldı. Lakin Rusiya buna sərt reaksiya verdi. Bu, beynəlxalq hüquqa ciddi zərbə vura, beynəlxalq maliyyə sisteminin sabitliyinə ciddi təhdid yarada bilərdi. Odur ki, hazırda tam müsadirə deyil, bu vəsaitlərdən əldə olunan gəlirlərin Ukraynanın faydasına istifadə olunduğu vurğulana bilər. Rusiya rəsmiləri bunu belə qanunsuz hesab edərək kompensasiya tələbi irəli sürürlər. Lakin hazırkı geosiyasi vəziyyətdə Rusiyanın kompensasiya almaq ehtimalı demək olar ki, mümkünsüzdür və müvafiq ehtimal olduqca aşağıdır. Əksinə, Rusiya Ukraynaya qarşı müharibəyə başladığı və kütləvi dağıntılar törətdiyi üçün Ukrayna Rusiyadan kompensasiya tələb edə bilər və dünya tarixi həqiqətən də işğalçılardan kompensasiya alınmasının hüquqi tənzimləmə mexanizmlərinə malikdir. Başqa sözlə, Ukrayna üçün bənzər presedentlər tətbiq oluna bilər. Məsələn, İraq vaxtilə Küveytə qarşı işğalçı müharibə apardığı üçün BMT TŞ qərarı ilə aktivləri dondurulmuş, neft gəlirlərindən kompensasiya ödənişi tutulma qərarı alınmışdı. Həmçinin İran 1979-cu il inqilabı zamanı Amerikan əsgərlərini girov götürdüyü üçün ABŞ məhkəməsinin 2016-cı il qərarına əsasən üzərinə qoyulan kompensasiya öhdəliyini - 2 milyard dollar vəsaiti dondurulmuş aktivlərinin hesabına ödəməli olmuşdu. Başqa sözlə, hazırkı reallıqlar fonunda ehtimala görə, Rusiyanın üzərinə bənzər öhdəliklər qoyula bilər. Dondurulmuş vəsaitlərin qaytarılması ehtimalı yalnız müharibə başa çatdıqdan sonra mümkün ola bilər”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR