“TV Müsavat” kanalında Emil Salamoğlunun təqdimatında yayımlanan verilişin qonağı hərbi ekspert Azad İsazadə olub.
Musavat.com xəbər verir ki, veriliş zamanı Azad İsazadə beynəlxalq siyasi proseslər və Rusiya–Ukrayna müharibəsi ətrafında gedən müzakirələrə toxunub.
Hərbi ekspertin sözlərinə görə, Kreml Ukrayna ilə bağlı strateji məqsədlərinə çatmaq üçün ABŞ prezidenti Donald Tramp faktorundan istifadə etməyə çalışır. O bildirib ki, bu yanaşma Moskvanın daha geniş geosiyasi planlarının tərkib hissəsidir.
Daha ətraflı — videoda






