İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kuba prezidentini qaçırmayacaqlar, dəyişəcəklər” – Politoloq

687 17.03.2026 21:52 Dünya A A

“Kubada hakimiyyət dəyişikliyi üçün "Venesuela ssenarisi" ABŞ prezidenti Donald Trampın Kuba siyasi elitasına təzyiqi fonunda mümkündür. Lakin ABŞ prezident Migel Diaz-Kaneli qaçırmayacaq, sadəcə, onu "daha loyal bir şəxs" ilə əvəz edəcək”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutunun aparıcı tədqiqatçısı Lazar Xeyfets deyib.

"Trampın Kubadakı mövcud vəziyyətdə hərbi əməliyyat keçirməkdə bir məna gördüyünə əmin deyiləm. O, açıq şəkildə inanır ki, Kubadakı iqtisadi və sosial problemlər öz-özünə dəyişikliklərə səbəb olacaq. Prezident Migel Diaz-Kanelin istefa verməli olduğu barədə eyham məni bir qədər təəccübləndirdi", - deyə ekspert vurğulayıb.

Heyfetsin sözlərinə görə, amerikalılar Kuba rəhbərinin dəyişdirilməsini istəyəcəklər və yeni liderləri ABŞ kapitalının maraqları naminə güzəştə getməyə məcbur edəcəklər.

Bir gün əvvəl Tramp Kubanın ələ keçirilməsini özü üçün böyük şərəf hesab etdiyini bildirib. Bundan əvvəl Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında ABŞ-nin "tezliklə" Kuba ilə razılığa gələcəyini bildirib. O qeyd edib ki, Vaşinqton və Havana artıq danışıqlar aparırlar. Tramp əlavə edib ki, razılaşma əldə olunmazsa, ABŞ Kubaya münasibətdə "lazım olanı" etməli olacaq.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR