Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba 2026-cı ilin ölkə üçün daha ağır sınaqlarla keçə biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, yaxın il Ukrayna həm insan itkisi, həm də ərazi baxımından yeni itkilərlə qarşılaşa bilər.
Kuleba qeyd edib ki, müharibənin mümkün sülh şərtləri bu günkü kimi qalacaq və ciddi dəyişiklik gözlənilmir:
“Ukraynanın müharibəni davam etdirmək üçün kifayət qədər gücü var, amma onun trayektoriyasını dəyişmək üçün yetərincə gücü yoxdur”.
Sitatın mənası Kiyevin hazırkı vəziyyəti köklü şəkildə dəyişdirəcək resurs çatışmazlığı ilə üzləşdiyini göstərir.
Musavat.com






