Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza səhər saatlarında qeydə alınıb.
Belə ki, Bakıdan Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 6 nəfər kişi cinsli şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsindən hadisə ilə bağlı bildirilib ki, sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir. (Qafqazinfo)






